Bank Of Baku

Məhkəmə “24 saat” qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlunu 330 manat cərimələyib

Məhkəmə “24 saat” qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlunu 330 manat cərimələyib
# 02 oktyabr 2007 12:15 (UTC +04:00)
Bu gün Nərimanov Rayon Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə müğənni Nazpəri Dostəliyevanın “24 saat” qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu barədə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb. F. Fərəməzoğlunun APA-ya verdiyi məlumata görə, məhkəmə baş redaktorun 330 manat təzminat ödəməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, “24 saat” qəzetində N. Dostəliyevanın oğlunun narkotik maddə ilə həbs olunduğu, onun Şüvəlandakı narkotik asılılıqdan əziyyət çəkən məhkumlar üçün nəzərdə tutulan xəstəxanada müalicə aldığı barədə xəbər yazılıb. Müğənni dəfələrlə təkzib verməsi üçün qəzetə müraciət etsə də, mətbu orqan müraciəti yerinə yetirməyib. Sonda N. Dostəliyeva məhkəməyə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR