Bank Of Baku

Rövşən Kəbirli və Yaşar Ağazadənin kasasiya şikayətinə hakim Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq

Rövşən Kəbirli və Yaşar Ağazadənin kasasiya şikayətinə hakim Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq
# 02 oktyabr 2007 14:01 (UTC +04:00)
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin Apellyasiya Məhkəməsinin qərarından verdikləri kasasiya şikayəti icraata verilib. Ali Məhkəmədən APA-ya verilən məlumata görə, kasasiya şikayətinə hakim Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR