Bank Of Baku

Demokratik Jurnalistlər Liqası sentyabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb

Demokratik Jurnalistlər Liqası sentyabr ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
# 03 oktyabr 2007 12:32 (UTC +04:00)
Demokratik Jurnalistlər Liqası (DJİ) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” adlı layihə çərçivəsində ötən ay üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı monitorinq keçirib. DYİ-dən APA-ya verilən məlumata görə, Söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı sentyabr ayında 63 fakt qeydə alınıb. Bildirilir ki, hesabat dövründə bir KİV əməkdaşı polis bölməsində 7 saat saxlanılıb, bir KİV əməkdaşı naməlum şəxslər tərəfindən fiziki zorakılığa məruz qalıb, bir jurnalist Milli Təhlükəsizlik Nazirliyinin Şərur Rayon Şöbəsində fiziki təzyiqə məruz qalaraq 7 saat saxlanılıb. Hesabatda 2 KİV əməkdaşının aclıq aksiyası keçirməsi, 2 KİV-in nəşrini müvəqqəti dayandırması, Apellyasiya Məhkəməsinin bir qəzetin baş redaktoru və əməkdaşının 5000 manat cərimə olunması barədə qətnamə çıxarması haqda faktlar da öz əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR