Bank Of Baku

“Xəzər” TV-nin təsisçisi Asəf Hacıyev: “STV” kanalının verilişlərini və filmlərini yayımlamaq barədə müqaviləmiz var”

“Xəzər” TV-nin təsisçisi Asəf Hacıyev: “STV” kanalının verilişlərini və filmlərini yayımlamaq barədə müqaviləmiz var”
# 04 oktyabr 2007 10:45 (UTC +04:00)
Bu barədə APA-ya “Xəzər TV” MMC-nin təsisçisi və baş direktoru Asəf Hacıyev bildirib. A. Hacıyev deyib ki, kanalın verilişləri hələ hazır olmadığına görə, “Samanyolu”nun filmlərini və verilişlərini yayımlayırlar: “Biz türk filmlərinə üstünlük verdiyimizə görə, onları yayımlayırıq. Həm də “Xəzər” TV-nin “Samanyolu” kanalı ilə bu barədə müqaviləsi var. Biz müqaviləsiz heç nə etmirik. Verilişlərimiz tam hazır olandan sonra isə onlara daha çox üstünlük verəcəyik. Amma bizə tamaşaçılar tərəfdən “Samanyolu”nda efirə çıxan “Mavi röya” , “Beşinci boyut” filmlərinin yayımlanması ilə bağlı müraciətlər də daxil olur. Tamaşaçıların fikrini əsas götürərək ola bilsin ki, həmin filmlərin yayımı bundan sonra da davam etdiriləcək”. Kanal təsisçisi onu da qeyd edib ki, yaxın zamanlarda efirlərində yeni layihələrə, verilişlərə də yer ayrılacaq. A. Hacıyevin sözlərinə görə, bazar günü efirində “Dost məclisi” verilişi yayımlanacaq. Qeyd edək ki, adıçəkilən veriliş də “Samanyolu” kanalında nümayiş etdirilib. Təsisçi bildirib ki, “Dost məclisi” verilişinin tamaşaçı auditoriyası böyük olduğu üçün onun yayımını davam etdirməyə qərar veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR