Bank Of Baku

Qarabağda “PATRUL” jurnalı nəşr olunacaq

Qarabağda “PATRUL” jurnalı nəşr olunacaq
# 04 oktyabr 2007 10:49 (UTC +04:00)
Qarabağ bölgəsində bir qrup gənc “PATRUL” adlı jurnal nəşr etməyə hazırlaşır. Jurnalın redaksiya heyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, məqsəd Qarabağda oxucu kütləsinin ehtiyac duyduğu boşluğu doldurmaqdan ibarətdir. Dərgi sırf Qarabağ münaqişəsinin həllinə dair baş verən siyasi proseslərin təhlilinə, hərbi vətənpərvərlik məsələlərinə, eləcə də ictimai təşəbbüsçülüyün inkişaf etdirilməsinə aid materiallarla çıxış etmək niyyətindədir. Jurnalın səhifələrində milli problemlərlə yanaşı, respublikada baş verən ictimai-siyasi, iqtisadi və mədəni proseslər də yer alacaq.
Redaksiya heyəti hesab edir ki, bu gün həm rəsmi, həm də müstəqil qəzetlərin ucqar ərazilərdə yayılması mümkün olmadığından, sözügedən ərazilərdə mətbu orqanlarla oxucular arasında uçurum formalaşıb. Cəbhəyanı yaşayış məntəqələrində İnternet imkanlarının olmaması da vətəndaşların informasiya təminatında problemlər törədir. Bununla yanaşı, ki, hazırkı qəzet və jurnalların əksəriyyətin cəmiyyətin təbəqələşməsinə xidmət göstərir. Bu isə bu gün Azərbaycanda yenicə formalaşmağa başlayan dövlətçilik anlayışının möhkəmlənməsinə xələl gətirir. Redaksiyadan o da bildirilib ki, dərginin ilk sayı oktyabr ayı ərzində işıq üzü görəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR