Bank Of Baku

BMT Müxbirlər Assosiasiyası media nümayəndələrini 12-ci illik mükafat üçün işlərini göndərməyə dəvət edir

BMT Müxbirlər Assosiasiyası media nümayəndələrini 12-ci illik mükafat üçün işlərini göndərməyə dəvət edir
# 04 oktyabr 2007 11:25 (UTC +04:00)
BMT Müxbirlər Assosiasiyası (MA) dünyanın hər yerindən olan media nümayəndələrini BMT, onun agentlikləri və yerlərdə apardığı fəaliyyətlərin yazılı və ya elektron mediada ən yaxşı işıqlandırılmasına görə 12-ci illik BMT MA mükafatı üçün işlərini göndərməyə dəvət edir. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, mükafata yazılı mətbuat (o cümlədən onlayn mətbuat) üçün 10 000 dollar məbləğində Elizabet Noyfferin xatirəsinə həsr olunan mükafat, televiziya jurnalistikası üçün 10 000 dollar məbləğində Rikardo Orteqanın xatirəsinə həsr olunan mükafat, istənilən media vasitəsində BMT və onun agentliklərinin humanitar sahədə və inkişaf sahəsində fəaliyyəti barədə işlər üçün isə 10 000 dollar məbləğində BMT Fondu mükafatı daxildir. Bu mükafatlar BMT Fondu, İspaniyanın “Antena 3 TV” şirkəti və “Boston Gloub” tərəfindən göstərilən böyük dəstək sayəsində BMT MA tərəfindən təqdim edilir. Mükafatları bu il dekabrın 7-də BMT-nin Nyu-Yorkdakı baş qərargahında baş katib Ban Ki Mun tərəfindən təqdim olunacaq. Müsabiqə dünyanın istənilən bölgəsindən olan jurnalistlər üçün açıqdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR