“Ekspress” qəzeti: “Beynəlxalq Nüvə Energetikası Agentliyinin Azərbaycanda ilk nüvə reaktoru layihəsinin inşasına icazə verib”
Qəzetdə həmçinin millət vəkili, İsa Həbibbəylinin “Dahilik divana çəkilməz” yazısında son zamanlar ANS-də efirə çıxan “Dahilərin divanı” verilişi ilə bağlı ciddi tənqidi yazısı dərc olunub.
“Xalq qəzeti”ində 1994-cü ilin oktyabr hadisələri, dövlət çevirilişinə cəhd, Bakı-Tbilisi-Ceyhan kəmərinin işə düşməsindən narahat olan xarici qüvvələrin həyata keçirmək istədikləri məkrli niyyətlər və digər proseslər haqqında geniş material verilir.
“Respublika” qəzeti də Azərbaycanın mədəni irsinin hədəfə alınması və ölkəyə qarşı aparılan mənəvi müharibə ilə bağlı yazı dərc edib.
“Yeni Müsavat” qəzeti Azərbaycan XİN-in rəhbəri E. Məmmədyarovun ABŞ-da İran məsələsi ətrafında danışıqlarda iştirak etdiyini və ABŞ-ın rəsmi Bakıdan İrana qarşı əməliyyatlarda dəstək istəməsini yazıb. Rusiya mənbələrinə istinadən qeyd olunub ki, Amerika tərəfi Azərbaycanı razı salmağa çalışır.
“Azadlıq” qəzeti isə Binəqədi polisinin dələduzluqda ittiham etdiyi Taleyə Məmmədovanın özünü kişi kimi, Taleh adıyla, təqdim edərək 157.500 dollar pulu necə qazanması ilə bağlı faktı araşdırıb. Digər bir yazıda Nərimanov rayonu ərazisində yerləşən və hazırda bir hissəsi köçürülməkdə olan xristian qəbirstanlığı ətrafında baş verənlər araşdırılıb. Qəzet həmçinin xaricdə, o cümlədən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı araşdırma dərc olunub. Həmin təşkilatların ölkənin maraqları üçün deyil, ayrı-ayrı şəxslər üçün fəaliyyət göstərdiyi qeyd olunan yazıda diaspor qurumlarının fəaliyyəti tənqid olunub.
“Bakı Xəbər” qəzeti cəmiyyətin “maliyyə amnistiyası”na hazır olub olmaması sualına cavab axtarmağa çalışıb. Bununla bağlı Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının üzvü Vahid Əhmədovun fikirlərinə geniş yer verilib: “...Nə qədər ki, gəlir deklarasiyası haqda qanun qəbul edilməyib, onun həyata keçirilməsi mexanizmi işlənməyib, maliyyə amnistiyasından danışmaq tezdir. Bunun üçün mütləq çox yüksək səviyyədə şəffaflıq mühiti yaradılmalıdır”¦” Eyni zamanda, qəzetdə müxalifətin yenidən ortaq məxrəcə gəlməyə çalışması ilə bağlı material əksini tapıb.
“Zerkalo” qəzeti Ermənistan-Azərbaycan münaqişəsinin BMT Baş Assambleyasında müzakirəsi və həmin müzakirələrin nəticələri ilə bağlı geniş araşdırma təqdim edir. Qəzet, Ermənistan xarici işlər naziri Vardan Oskanyanın Qarabağ münaqişəsinin “donunu açmağa” çalışdığını yazır.
Eyni zamanda qəzet, Türkiyə şirkətlərinin inşa edəcəyi 50-dək kiçik və orta güclü hidroelektrik stansiyaları və onların regionda bu sahədəki gərginliyə, ölkənin enerji sisteminə təsiri ilə bağlı araşdırma təqdim edib.
“Ekspress” qəzetində Beynəlxalq Nüvə Energetikası Agentliyinin Azərbaycanda ilk nüvə reaktoru layihəsinin inşasına icazə verməsi ilə bağlı araşdırma dərc olunub. Qəzetin öz mənbələrinə istinadən verdiyi məlumata görə, hazırda layihənin gerçəkləşdirilməsi istiqamətində ciddi iş gedir. Azərbaycanda AES-in tikilməsi planlarına qonşu Gürcüstan və Türkiyənin də dəstək verdiyi bildirilir.
“525-ci qəzet”də Ermənistanda keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai-siyasi durum şərh olunub. Qərb və Rusiyayönlü namizədlərin şansları dəyərləndirilib. Seçkilərdə Qərbin böyük ehtimalla Artur Baqdasaryan və Stepan Dəmirçiyana, Rusiyanın isə Serj Sərkisyana dəstək verəcəyi qeyd olunub.
“Exo” qəzeti MDB dövlət başçılarının Tacikistanın paytaxtı Düşənbədə bu gün keçiriləcək sammiti ilə bağlı proqnozlar verib.
“Gün Səhər” qəzeti Gürcüstana satılan Azərbaycan qazının qiymətinin artırılması istiqamətində son zamanlar intensiv xarakter alan məlumatları təhlil edib. Qəzet qazın qiymətinin artırılması ideyasının arxasında Rusiyanın dayandığını iddia edən bəzi mütəxəssislərin haqlı olmasının mümkünlüyünü ifadə edib. Yazıda Ukrayna, Gürcüstan, Rusiya, Azərbaycan, ABŞ da daxil olmaqla baş verən hadisələrin bir çox ölkələrin marağında olduğu qeyd olunur.
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
İmişlidə nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toy mərasiminin qarşısı alınıb
Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər müzakirə olunub