Bank Of Baku

Azərbaycanın bir qrup media rəhbəri Türkiyədə səfərdə olub

Azərbaycanın bir qrup media rəhbəri Türkiyədə səfərdə olub
# 05 oktyabr 2007 13:10 (UTC +04:00)
Azərbaycanın bir qrup media rəhbəri - “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Üç Nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı və “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli sentyabrın 28-dən oktyabrın 4-nə qədər Türkiyədə səfərdə olublar. “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid APA-ya açıqlamasında bildirib ki, səfər Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiyə Baş Nazirliyinin mətbuat müşavirliyinin dəvəti ilə reallaşıb. Onun sözlərinə görə, Azərbaycan KİV rəhbərləri İstanbul və Ankara şəhərlərində yerli media qurumlarının təmsilçiləri, nazirlər Kürşad Tüzmən, Binəli Yıldırım, Hilmi Gülər və Böyük Millət Məclisinin sədr müavini Meral Akşenerlə görüşlər keçiriblər. R. Məcid görüşlərdə Azərbaycan və Türkiyə mediası arasında əlaqələrin genişləndirilməsi ilə bağlı təkliflərlə çıxış etdiklərini və bu təkliflərin çox maraqla qarşılandığını deyib. O, Türkiyənin media məsələləri üzrə dövlət naziri Mehmet Aydınla görüşdə Azərbaycanda qardaş ölkənin mədəniyyət mərkəzinin açılması barədə müzakirə apardıqlarını da söyləyib: “Mehmet Aydın bu məsələnin üzərində dayanacağına söz verdi. Həm Mehmet bəylə, həm də TRT rəhbərliyi ilə görüşdə Azərbaycan filmlərinin həmin telekanalda nümayiş etdirilməsi təklifini səsləndirdik. Onlar təklifə müsbət yanaşdılar”. R. Məcidin sözlərinə görə, M. Aydın Türkiyədə türkdilli ölkələrin jurnalistlərinin toplantısının keçirilməsi təklifini də məqsədəuyğun sayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR