Bank Of Baku

Heydər Babayevin Qənimət Zahidə qarşı iddiası ilə bağlı hökm çıxarılıb

Heydər Babayevin Qənimət Zahidə qarşı iddiası ilə bağlı hökm çıxarılıb
# 08 oktyabr 2007 16:37 (UTC +04:00)
APA-nın xəbərinə görə, məhkəmənin qərarı ilə “Azadlıq” qəzetinin məlumatların yalan olması ilə bağlı Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş qaydada təkzib verilməsi barədə qərar çıxarıb. Nazirin iddiasının digər hissəsi isə təmin olunmayıb. Hökmə münasibət bildirən Qənimət Zahid hansı formada təkzib verəcəklərini bilmədiyini deyib: “Biz ya Heydər Babayevin məsələyə münasibətini dərc edə bilərik, ya da məhkəmə bizə təkzibin formasını göstərməlidir”. Xatırladaq ki, iqtisadi inkişaf naziri Heydər Babayev Qənimət Zahidi baş redaktoru olduğu “Azadlıq” qəzetində dərc olunan “Metyu Brayza ilə Zeyno Baranın toyunu Heydər Babayev maliyyələşdirib” yazısına görə məhkəməyə verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR