Bank Of Baku

ATƏT-in təşkil etdiyi media konfransında Azərbaycanda 15 nəfərlik nümayəndə heyəti iştirak edəcək

ATƏT-in təşkil etdiyi media konfransında Azərbaycanda 15 nəfərlik nümayəndə heyəti iştirak edəcək
# 09 oktyabr 2007 10:39 (UTC +04:00)
Oktyabrın 11-12-də Tiflisdə kütləvi informasiya vasitələrinin özünü tənzimləməsi üzrə IV Cənubi Qafqaz konfransı keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycandan 15 jurnalist və jurnalist təşkilatı nümayəndəsindən ibarət qrup həmin tədbirdə iştirak etmək üçün sabah Gürcüstan paytaxtına gedəcək. “Müstəqil və məsuliyyətli kütləvi informasiya vasitələrinə doğru” adı altında keçirilən bu konfransı ATƏT-in KİV-lərin azadlığı məsələləri üzrə nümayəndəsinin bürosu və ATƏT-in Gürcüstandakı missiyası təşkil edib. Konfransda ATƏT, Azərbaycan, Gürcüstan, Bolqarıstan, Türkiyə, Fransa, Rusiya və Ermənistan nümayəndələri çıxış edəcək, diskussiyalar aparılacaq. Mətbuat Şurasının sədri Əflatun Amaşovun qurumun effektivliyi və gələcəyi mövzusunda çıxışı da nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR