Bank Of Baku

AzTV-nin işdən çıxan əməkdaşları mətbuat konfransı keçirib

AzTV-nin işdən çıxan əməkdaşları mətbuat konfransı keçirib
# 09 oktyabr 2007 13:26 (UTC +04:00)
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) “Müəllif proqramları və xüsusi layihələr” departamentinin işdən çıxan 5 əməkdaşı Lalə Əliyeva, Əbdülqəni Əliyev, Tahir Əliyev, Nəmənd Rüstəmov və Nicat Hüseynov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, departamentin redaktoru L. Əliyeva bildirib ki, onlar öz ərizələri ilə könüllü şəkildə işdən azad olunublar. Bu addımı atmalarına səbəb isə AzTV-də yaradıcı mühitin və maddi təminatın olmamasıdır. T. Əliyev əlavə edib ki, Arif Alışanov sədr təyin olunduqdan sonra qurumda maaş sistemi ləğv edilib və bu da əməkdaşların dolanışığına mənfi təsir göstərib. O, texniki təchizat məsələsində də ciddi problemlər olduğunu söyləyib: “Telekanalda kamera çatışmazlığı ciddi problemdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR