Bank Of Baku

“Gürcüstan” qəzeti yeni ofislə təmin olunub

“Gürcüstan” qəzeti yeni ofislə təmin olunub
# 09 oktyabr 2007 13:40 (UTC +04:00)
Azərbaycan dilində nəşr olunan “Gürcüstan” qəzeti yeni ofislə təmin olunub. Qəzetin baş redaktoru Süleyman Süleymanov APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Tiflis meriyasının köməyi ilə qəzet 56 saylı məktəbin binasında yerləşdirilib. Qəzet üçün müvəqəti olaraq 3 otaq ayrılıb. Hazırda əməkdaşlar avadanlıqların daşınması ilə məşğuldur. S. Süleymanovun sözlərinə görə, qəzet üçün ayrılmış otaqların təmirə böyük ehtiyacı olsa da, onlar yalnız qapını dəyişdirə biliblər.
Xatırladaq ki, avqustun 10-da “Vətən” nəşriyyat evinin özəlləşdirilməsi ilə əlaqədar “Gürcüstan” qəzeti bu binadan çıxarılıb və fəaliyyətini müvəqqəti dayandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR