Bank Of Baku

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərin hüquqlarının müdafiəsi üçün 900 dollar ayrılıb

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu jurnalistlərin hüquqlarının müdafiəsi üçün 900 dollar ayrılıb
# 10 oktyabr 2007 11:15 (UTC +04:00)
Oktyabrın 9-da Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun İdarə Heyətinin növbəti iclası keçirilib. Fonddan APA-ya verilən məlumat görə, sentyabr ayında quruma daxil olan dörd müraciətə baxılıb. Bu müraciətlər üçün 900 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub. “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin Avropa İnsan Hüquqları Məhkəməsində müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə 300, “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun Ali Məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə 300, “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərovun Ali Məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə 200, “Yüksəliş naminə” qəzetinin müxbiri Elçin Həsənovun məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə 100 ABŞ dolları ayrılıb.
Qeyd edək ki, fondun fəaliyyəti Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Qurumun İdarə Heyəti “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Demokratik Jurnalistlər Liqasının nümayəndələrindən ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR