Bank Of Baku

Əvəz Zeynallı MTN-də olub

Əvəz Zeynallı MTN-də olub
# 10 oktyabr 2007 12:52 (UTC +04:00)
Bu gün “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) olub. Bu barədə APA-ya məlumat verən Ə. Zeynallı bildirib ki, ona qarşı MTN-də Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə başlanmış ikicildlik cinayət işinin ikinci hissəsi ilə tanışlığı başa çatdırıb: “Oktyabrın 11-də yenidən Milli Təhlükəsizlik Nazirliyinə gedəcəyəm və cinayət işinə əlavə edilmiş sənədlərlə tanış olacağam. Bununla da işlə tanışlıq başa çatacaq”.
Qeyd edək ki, Ə. Zeynallı indiyədək istintaqa şahid qismində çağırılıb. Oktyabrın 5-də isə ona qarşı rəsmi ittiham irəli sürülüb. İttihamın irəli sürülməsinə səbəb Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun verdiyi rəydir. Rəydə bildirilib ki, Adolf Hitlerin “Mənim mübarizəm” kitabının tərcümə olunmuş variantında Əvəz Zeynallının Hitlerə rəğbəti hiss olunur. Baş redaktordan Bakını tərk etməmək barədə iltizam alınıb. Onu da qeyd edək ki, Dağ Yəhudiləri İcmasının rəhbəri Adolf Hitlerin “Mənim mübarizəm” kitabını tərcümə və qəzetdə nəşr etdirdiyinə görə 2004-cü ildə Ə. Zeynallının cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı iddia qaldırmışdı. MTN-də həmin vaxt başlanmış cinayət işinə xitam verilsə də, bu ilin avqustunda cinayət işi təzələnib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR