Bank Of Baku

Rövşən Kəbirli və Yaşar Ağazadə ilə bağlı məhkəmə prosesi keçirilib

Rövşən Kəbirli və Yaşar Ağazadə ilə bağlı məhkəmə prosesi keçirilib
# 11 oktyabr 2007 08:50 (UTC +04:00)
İctimai Televiziyanın bölgə müxbiri Əminə Mirzəliyevanın “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı, eyni zamanda “Mühakimə” qəzetinin baş redaktoru Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ilə bağlı Yasamal Rayon Məhkəməsində Tahir İsmayılovun sədrliyi ilə məhkəmə prosesi keçirilib. “Müxalifət” qəzetindən APA-ya verilən məlumata görə, iddiaçı tərəf məhkəmədə eyni məsələ ilə bağlı “Şərq” nəşriyyatının direktoru Şəmsi Vəfadara da qarşı iddia qaldırdığını deyib. Məhkəmə bununla bağlı müşavirəyə gedib. Proses oktyabrın 23-də davam etdiriləcək.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi Yasamal Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayan qərar çıxarıb. Apellyasiya Məhkəməsinin qərarından bu günlərdə kasasiya şikayəti verilib. R. Kəbirli 10, Y. Ağazadə isə 16 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR