Bank Of Baku

Tiflisdə kabel televiziyasının inkişafı və perspektivləri ilə bağlı beynəlxalq konfrans keçirilib

Tiflisdə kabel televiziyasının inkişafı və perspektivləri ilə bağlı beynəlxalq konfrans keçirilib
# 11 oktyabr 2007 09:01 (UTC +04:00)
Tiflisdə Polşa, Rusiya, Belarus, Gürcüstan və Azərbaycan teleradio şuralarının nümayəndələrinin iştirakı ilə kabel televiziyasının inkişafı və perspektivləri ilə bağlı beynəlxalq konfrans keçirilib. Azərbaycanı tədbirdə Milli Televiziya və Radio Şurasının üzvləri Qafar Cəbiyev və Aslan Xəlilov təmsil edib. Qafar Cəbiyev APA-ya bildirib ki, tədbirdə kabel televiziyalarının fəaliyyətinin hüquqi baxımdan tənzimlənməsi mövzusu müzakirə edilib. Tədbir iştirakçıları eyni zamanda kabel televiziyasının inkişafı ilə bağlı Avropa təcrübəsinin öyrənilməsi barədə də fikir mübadiləsi aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR