Naxçıvan Mətbuat Şurası “Yeni Müsavat” qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevin həbsi ilə bağlı bəyanat yayıb
“Yeni Müsavat” qəzetinin əməkdaşı kimi təqdim edilən Həkimeldostu Mehdiyevin jurnalist kimi fəaliyyət göstərmədiyi vurğulanan bəyanatda buna təsdiq kimi qəzetin onun “hansı saylı jurnalist vəsiqəsini daşıdığını, vəsiqəni nə vaxt aldığını, hansı saylı əmrlə redaksiya ştatına götürüldüyünü, onunla əmək müqaviləsi, yaxud digər müqavilə bağlanması barədə məlumat verilməməsi, eyni zamanda qəzetdə heç vaxt Mehdiyevin imzasına rast gəlinməməsi” göstərilib.
Daha sonra bəyanatda H. Mehdiyevin bir neçə dəfə həbs olunduğu vurğulanıb: “O, 1993-cü ildə keçirilən referendum zamanı qanunsuz saxladığı silahla seçki məntəqəsinə girib, havaya atəş açaraq seçkiləri pozmağa cəhd göstərib, həmin zaman məntəqə ərazisində olan o vaxt ədliyyə naziri işləyən həmkəndlisi Nizami Nadirova avtomatdan atəş açıb, silahdaşları ilə birlikdə Yayıcı kəndi istiqamətindən gələn icra başçısı Vəli Əsgərovun qardaşı Elyar Əsgərovun başına silah dayayaraq ölümcül döyüb.
H. Mehdiyev AXC hakimiyyəti dövründə Şərur rayon Tədarük məntəqəsinin müdiri vəzifəsində çalışıb.
1994-cü ildə Şərur rayonu ərazisində Qurd dərəsi adlanan yerdə polisə qarşı silahlı atışmada iştirak edib, onun silahından açılmış atəş nəticəsində iki nəfər hərbiçi yaralanıb, lakin Mehdiyev qaçıb gizlənib. Bir il həyətində düzəltdiyi yeraltı sığınacaqda gizlənib, polis onun yerini biləndə isə silahlı müqavimət göstərib. Bundan əvvəl isə Şərur rayon icra başçısı işləmiş Vəli Əsgərovun evini Etibar Babayev adlı silahdaşı ilə birlikdə avtomat silahdan atəşə tutub.
28 iyul 1995-ci ildə isə Cinayət Məcəlləsinin 70-2-ci maddəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması ), 189-1-ci (polis işçisinə və ya hərbi qulluqçuya müqavimət göstərmək) maddəsinin ikinci hissəsi və 220-1-ci (odlu silahı, döyüş sursatını və ya partlayıcı maddələri oğurlama) maddəsi ilə təqsirli bilinərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 23 aprel 1996-cı il tarixli hökmü ilə 4 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 1998-ci ildə Milli Məclisin amnistiya qərarına uyğun olaraq vaxtından əvvəl azadlığa çıxıb.
Bunları nəzərə alsaq, onun 23 sentyabrda İnzibati Xətəalar Məcəllsinin 310.1-ci maddəsi ilə (polis işçisi və ya hərbi qulluqçusu ictimai qayadanın mühafizə vəzifəsini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində həbs olunması təəccüblü görünmür”.
Bəyanatda daha sonra H. Mehdiyevi müdafiə edən ziyalılar, QHT-lər və diplomatik korpusa hadisəni təfərrüatı ilə öyrənmək çağırışı edilib: “Əslində nə baş verdiyini aydınlaşdırmadan Həkimeldostu Mehdiyevi jurnalist kimi müdafiə etməyə çalışan səfirliklər özlərinin imiclərinə, nüfuzlarına, gerçəkdən hər hansı siyasi maraqları deyil, demokratiya və söz azadlığın müdafiə etmələri barədə bəyanatlarına kölgə salırlar”./APA/
Media
“IV Divar” serialı bu gündən etibarən AzTV-də! - VİDEO
MEDİA: “Nexta” kanalı Goranboyda baş vermiş yanğınla bağlı ictimai rəyi çaşdırmağa yönəlmiş məlumat yayıb
Azərbaycanlı jurnalistlər i24NEWS telekanalının redaksiyasını ziyarət ediblər - FOTO
Akko meri Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sertifikatı qardaşına təqdim edib - FOTO
Xəbər Lenti
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır