Konqodakı üsyançılar hücumu dayandırmaq tələbini rədd ediblər

Konqodakı üsyançılar hücumu dayandırmaq tələbini rədd ediblər
# 22 noyabr 2012 23:02 (UTC +04:00)

Bakı-APA. Konqo Demokratik Respublikasının şimalında Qomo şəhərini ələ keçirən “23 mart hərəkatı”nın üsyançıları Afrika ölkələri liderlərinin bu şəhəri azad etmək barədə tələbini rədd ediblər.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, üsyançılar bəyan ediblər ki, Konqo prezidenti Jozef Kabila “23 mart hərəkatı” ilə danışıqlara başlamasa onlar paytaxt Kinşasaya qədər hücumu davam edəcəklər.

Qeyd edək ki, “23 mart hərəkatı”nın döyüşçüləri noyabrın 20-də Qomo şəhərinin ardınca Sake şəhərlərini də ələ keçiriblər.

Xatırladaq ki, noyabrın 21-də BMT-nin Təhlükəsizlik Şurası keçirdiyi fövqəladə iclasda Konqoda döyüşlərin yenidən başlamasını pisləyib və üsyançılardan dərhal Qoma şəhəri istiqamətinə hərəkət etməsini dayandırmağı tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR