Bakıda saxta dollar satmaq istəyən şəxs saxlanılıb

Bakıda saxta dollar satmaq istəyən şəxs saxlanılıb
# 07 yanvar 2016 09:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda saxta pul satmaq istəyən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 6-da Nərimanov rayonu ərazisindəki valyuta mübadiləsi şöbələrindən birində Bakı şəhər sakini Rəşid Sadıqov saxta 100 ABŞ dollarlıq əskinası dəyişmək istəyərkən orada işləyən Anar Hüseynov tərəfindən saxlanılıb və 16-cı Polis Bölməsinə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR