Azərbaycanda 10 min şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji monitorinqi keçirilir

Azərbaycanda 10 min şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji monitorinqi keçirilir
# 16 iyun 2014 08:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu yaradılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkədə 10.000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji monitorinqi keçirilir. Növbəti tədris ilindən paytaxtdakı 5 ümumtəhsil müəssisəsinin 10 pilot sinfində sağlam təlim texnologiyalarının tətbiqinə başlanacaq.

Məlumatda həmçinin qeyd olunub ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsildə bir sıra yeniliklər həyata keçiriləcək. Bunlara səriştəyə əsaslanan şəxsiyyət yönlü təhsil məzmununun yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması, nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə

mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması daxildir. Eyni zamanda Dövlət Strategiyasına əsasən, müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturu, o cümlədən təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizm yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR