İsrail müdafiə sənayesinin 14 şirkəti Bakıda keçiriləcək müdafiə sərgisinə qatılacaq

İsrail müdafiə sənayesinin 14 şirkəti Bakıda keçiriləcək müdafiə sərgisinə qatılacaq
# 16 iyun 2014 08:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 hərbi sərgisinə İsrail müdafiə sənayesi geniş tərkibdə qatılacaq. Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Sərgiyə İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Agentliyi (SİBAT) də daxil olmaqla, 14 şirkət qatılacaq. İsraili Bakıdakı sərgidə «Aeronautics Defense Systems», «Camerotech», DSIT, «Elbit Systems», IAI, IMI, «Ispra LTD», IWI, «Meprolight», «Ness Technologies», «Plasan», «Rafael», və «Visionmap» şirkətləri təmsil edəcək.

Bundan başqa, sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin İsrail şirkətləri ilə birgə istehsal etdiyi müxtəlif müdafiə təyinatlı məhsulların nümayişi də planlaşdırılır.

Qeyd edək ki, İsrail ilk dəfə olaraq postsovet məkanındakı hərbi sərgiyə belə geniş tərkibdə qatılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR