AFFA “Qarabağ” klubunu cəzalandırıb

AFFA “Qarabağ” klubunu cəzalandırıb
# 09 fevral 2016 09:48 (UTC +04:00)

Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin yığıncağı keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda Topaz Premyer Liqasının XX turunun oyunlarında baş verən xoşagəlməz olaylar müzakirə olunub.

Yaşananlarla bağlı müvafiq qərarlar verən komitə 6 klubu cəzalandırıb.

Turda qeydə alınan 5 qırmızı vərəqəni alan futbolçuların cəzaları fərqli olub. Jairo Filyo Rodriges (“Neftçi”) “Rəvan”, Emin Mehdiyev (“Sumqayıt”) “Zirə”, Tağim Novruzov (AZAL) “Kəpəz”lə matçda ikinci sarı vərəqə üzündən meydandan qovulduğu üçün 1 oyunluq kənarlaşdırıb. Bu futbolçuların hər biri klubunu 200 manat ziyana da salıb.

“Neftçi” ilə görüşdə birbaşa qırmızı vərəqə alan Yasin Həmid isə 2 oyunluq cəzaya məruz qalıb. O, “Rəvan”ı 2000 manat cərimələnməsinə səbəb olub. 6 futbolçusu sarı vərəqə alan “Rəvan” daha 1000 manat ödəməli olacaq.

“Qarabağ”la matçda ikinci sarı vərəqəyə görə qırmızı vərəqə alan Ruslan Cəfərov 1 oyunluq cəzaya məruz qalıb. O, “Xəzər Lənkəran”ı 200 manat cərimələnməsinə səbəb olub.

Bu qarşılaşmada meydan sahiblərinin azarkeşləri stadiona limon atıb. Arenaya kənar əşya atmaları klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR