Azərbaycanda boru kəmərləri ilə neftin nəqli azalıb, qazın nəqli isə artıb

Azərbaycanda boru kəmərləri ilə neftin nəqli azalıb, qazın nəqli isə artıb
# 24 dekabr 2012 12:55 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda magistral neft kəmərləri ilə 39,7 mln. ton və ya ötən ilin analoji dövrü ilə müqayisədə 6,1% az neft nəql edilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturlarından olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 30,1 mln. ton neft ötürülüb ki, 2011-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə bu göstərici 6,2% azalıb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,9 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Ötən ilə nisbətən Türkmənistan neftinin tranziti 52,6% artıb.

Bununla yanaşı, magistral qaz kəmərləri ilə hesabat dövründə 17,2 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu göstərici 3,3% artıb. Nəql edilmiş qazın 20,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ötən aylarında 3,6 mlrd. kubmetr qaz nəql edilib, bu göstərici 2011-ci ilin yanvar-noyabr aylarına nisbətən 12,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR