Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi və onların təltif olunması haqqında sərəncamlar imzalayıb

Prezident Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi və onların təltif olunması haqqında sərəncamlar imzalayıb
# 20 noyabr 2012 16:10 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. APA-nın xəbərinə görə, sərəncama əsasən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Qəzənfər oğlu Quliyevə ədliyyə general-leytenantı, Penitensiar Xidmətin rəis müavini Hüseynağa Ənvər oğlu Əlixanova ədliyyə general-mayoru, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail İbrahim oğlu Mehdiyevə tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəisi Qafarov Zakir Əsəd oğlu və Bələdiyyələrlə iş mərkəzinin rəisi Səlimzadə Mehdi İldırım oğlu isə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsinə layiq görülüblər.

Prezident ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında sərəncam da imzalayıb. Sərəncama əsasən ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə, ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində, cəza-icra siyasətinin həyata keçirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilib:

“Tərəqqi” medalı ilə:

Dadaşov Fuad Cəbrayıl oğlu
Məmmədov Rövşən Havar oğlu.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə:

Abdullayev Bəhruz Qara oğlu
Əkbərova Səadət Binyamin qızı
İsmayılova Tamilla İslam qızı
Kazımov Miri Yusub oğlu
Qurbanov Natiq Sabir oğlu
Məmmədov Rəhman Elmaz oğlu
Soltanov Mehman Nəsir oğlu
Şivəxanov Bayram Həmzə oğlu
Təhməzov Şahin Ziyad oğlu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR