İsrailin Azərbaycandakı səfiri Qəbələyə səfər edib - FOTO

İsrailin Azərbaycandakı səfiri Qəbələyə səfər edib   - <span style="color: red;">FOTO
# 07 dekabr 2012 10:25 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Qəbələ rayonuna səfər edib. APA-nın İsrail səfirliyinə istinadən yaydığı məlumata görə, səfərin əsas məqsədi Azərbaycan və İsrail dövlətləri arasında iqtisadiyyat və ticarət əlaqələrinin daha da dərinləşdirilməsi və genişləndirilməsi, İsrail dövləti və Qəbələ rayonu ilə mümkün əməkdaşlıq imkanlarının araşdırılması olub. Səfiri qəbul edən Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qonağa Qəbələ rayonu barəsində məlumat verib. Səfir iki ölkə arasında səhiyyə, enerji, su təchizatı, turizm, mədəniyyət və kənd təsərrüfatının inkişafına dair müxtəlif planların həyata keçirilməsinin əhəmiyyətindən danışıb və bu zəmində Azərbaycanın rayonlarına olan səfərlərin vacibliyini vurğulayıb. Səfir rayonda fəaliyyət göstərən müəssisələrdə, xəstəxanalarda olub, Heydər Əliyev Mərkəzi və Tarix Muzeyini ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR