Bank Of Baku

APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür

APA TV-nin baş direktoru Orxan Məmmədli

© APA | APA TV-nin baş direktoru Orxan Məmmədli

# 16 iyul 2026 18:26 (UTC +04:00)

“Milli Mətbuat Günü ərəfəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirində çıxışım heç də təsadüfi deyil. Belə ki, “APA Media Group” bu ilin fevral ayından Dövlət Komitəsi ilə media tərəfdaşlığına başlayıb. Bu qısa müddətdə "İman" adlı 21 teleproqram layihəsi icra etmişik. Bu verilişlər “APA Media Group”a aid sosial şəbəkə hesablarında, o cümlədən APA TV kabel televiziyasında yayımlanır”.

APA xəbər verir ki, bunu APA TV-nin baş direktoru Orxan Məmmədli Qusarda "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Dövlət Komitəsinin və “APA Media Group”un müştərək işi uğurludur: “Bunu rəylərə və reaksiyalara əsaslanaraq deyirəm. Bu verilişlərdə milli-mənəvi dəyərlərə söykənən, ailə institutunu möhkəmləndirən, ölkəmizi və tolerant cəmiyyətimizi sevdirən, zəhməti, mərhəməti ümdə tutan məqamlara toxunulur”.

Orxan Məmmədlinin sözlərinə görə, dini sabitlik yalnız qurumların fəaliyyəti ilə təmin olunmur. Burada din xadimlərinin, alimlərin, güc strukturlarının rolu qədər jurnalistlərin və medianın əhəmiyyəti böyükdür.

APA TV-nin baş direktoru qeyd edib ki, dini mövzular, ruhani söhbətlər məsuliyyət və etimad tələb edir: “Fikrin təqdimat forması çox önəmlidir. Bu baxımdan media olaraq üzərimizə böyük bir məsuliyyət düşür. Dini və irfani mövzular insanların bir-birinə münasibətini, qərarlarını, atacağı addımları formalaşdırır. Bu baxımdan dini mövzuda deyilən hər söz ictimai məsuliyyət daşıyır.

Bu o deməkdir ki, din insanları düşündürür. Düşündürürsə, demək ki, istiqamətimizi elə seçməliyik ki, cəmiyyətimizə faydalı olaq. Dəyərlər bir gündə formalaşmır, bir gündə də itmir. Onları yaşadan əvvəlcə ailədir, ailədən gələn tərbiyə və mədəniyyətdir, cəmiyyət üçün isə din və etiqaddır. Və təbii ki, bunların düzgün yönləndirilməsində ən əsası mediadır.

Bəzən medianı dinlə tərəziyə qoyub disbalans yaradırlar. Media cəhalətə qarşıdır, sağlam fikirlərə və dinə qarşı deyil. Nə qədər ilahiyyatçımız və din xadimlərimiz var ki, müntəzəm efirlərə dəvət olunurlar və dəyərlərin qorunmasına, maarifçiliyə, elmə dair çağırışlarda iştirak edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR