Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb
# 19 noyabr 2012 14:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 19-u gecə və səhərədək yağan yağışlarla, əsasən Lənkəran-Astara bölgəsində intensiv olması nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində artım müşahidə olunub. Beləki, Lənkərançay-Lənkəranda 20 sm, Lənkərançay-Sifidorda 5 sm, Vəşərüçay-Daştatükdə isə suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-180, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-90, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir.


Noyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 145 m3/s, ongünlük normanın 82 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 158 m3/s və ongünlük normanın 90 faizini təşkil edib. Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10 sm , Şirvanda 13 sm, Salyanda 31 sm, Bankədə 8 sm artım, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 7 sm azalma müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR