Göyçayda iki minik maşını toqquşub, xəsarət alanlar var

Göyçayda iki minik maşını toqquşub, xəsarət alanlar var
# 21 noyabr 2012 13:43 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay-Alpoud yolunda baş verən avtoqəzada iki nəfər xəsarət alıb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ləkçiplaq kəndi ərazisində qeydə alınıb.

Ləkçiplaq kənd sakini, 1994-cü il təvəllüdlü Rəhimov Şaməddin Vüqar oğlunun idarə etdiyi 90 NE 214 dövlət nömrə nişanlı “VAZ-21144” markalı minik maşını qarşı tərəfdən gələn Qaraxıdır kənd sakini, 1960-cı il təvəllüdlü Kərimov İlham Mehdi oğluna məxsus 23 BG754 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR