Göyçay sakininin maşınından və evindən xeyli miqdarda narkotik götürülüb

Göyçay sakininin maşınından və evindən xeyli miqdarda narkotik götürülüb
# 22 noyabr 2012 17:52 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Narkotik alveri ilə məşğul olan Göyçay rayon sakininin maşınından və evindən xeyli miqdarda qurudulmuş marixuana tapılıb. APA-nın məlumatına görə Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Göyçay şəhər sakini 1957-ci il təvəllüdlü Cəfərov İlyas Abduləli oğlu şübhəli şəxs qismində saxlanılıb və onun “VAZ 2107” markalı minik maşınına baxış keçirilərkən oradan çəkisi 10.98 qram olan qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları onun yaşadığı mənzilə baxış keçirərkən oradan da 74.75 qram çəkidə qurudulmuş marixuana götürüblər. Satış məqsədilə qanunsuz olaraq evində və maşınında narkotik saxlayan İlyas Cəfərov tutularaq Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsinə təhvil verilib və barəsində cinayət işi açılıb. İlyas Cəfərovun bugünədək kimlərə narkotik satdığı araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR