Bank Of Baku

Azərbaycan və Türkiyədən olan jurnalistlər üçün Şuşada media-tur təşkil olunub - FOTOLENT - VİDEO

Azərbaycan və Türkiyədən olan jurnalistlər üçün Şuşada media-tur təşkil olunub - FOTOLENT  - VİDEO
# 08 noyabr 2026 11:08 (UTC +04:00)

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə mətbuatının nümayəndələrinin Şuşada birgə media-turu təşkil olunub.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, media-turun məqsədi Zəfər Günü münasibətilə Şuşanın tarixi, mədəni irsi və işğaldan sonrakı bərpa prosesi ilə yerli və xarici media nümayəndələrini yaxından tanış etməkdir.

Media-tur çərçivəsində jurnalistlər ilk olaraq Yuxarı Gövhərağa məscidini ziyarət ediblər.

Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşı Çinarə Həsənli və Şuşa şəhəri üzrə xüsusi nümayəndəliyin əməkdaşı İsmayıl İsmayılov media nümayəndələrinə məscidin tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat veriblər.

Media nümayəndələri daha sonra Qarabağ küçəsində olublar. Şuşanın tarixi küçələrindən biri olan bu ərazi şəhərin özünəməxsus memarlıq üslubunu, daş divarlarını və tarixi ab-havasını özündə yaşadır.

Küçəni gəzən mətbuatının nümayəndələri şəhərdə aparılan bərpa və quruculuq işləri ilə də maraqlanıblar.

Media-tur davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR