İsraildə media-turda iştirak edən azərbaycanlı jurnalistlər ölkənin aparıcı kommersiya xəbər kanallarından biri olan “Channel 12”nin (Hadashot 12) fəaliyyəti ilə tanış olublar.
APA-nın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, media-tur çərçivəsində jurnalistlər kanalın əsas xəbər redaksiyasına və xəbər buraxılışlarının hazırlandığı studiyalara baş çəkiblər.
Media nümayəndələrinə kanalın gündəlik iş prinsipləri, xəbərlərin hazırlanması, redaktə prosesi və efirə verilməsi mərhələləri barədə məlumat verilib.
Azərbaycanlı jurnalistlər həmçinin İsraildə geniş auditoriya tərəfindən izlənilən əsas axşam xəbər buraxılışının hazırlandığı studiya ilə tanış olublar.
Səfər zamanı jurnalistlər “Channel 12”nin xəbər istehsalı, redaksiya fəaliyyəti və müasir televiziya texnologiyalarından istifadə təcrübəsini yaxından izləmək imkanı əldə ediblər.
Kanalın əməkdaşları ilə keçirilən görüşdə İsrail media sisteminin xüsusiyyətləri, böyük xəbər redaksiyasının gündəlik fəaliyyəti və operativ xəbər istehsalı prosesi barədə fikir mübadiləsi aparılıb.