Bank Of Baku

AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO

AzTv-nin əməkdaşları CNN-in təcrübəsini öyrənmək üçün Portuqaliyaya səfər edib - VİDEO
# 16 iyun 2026 11:37 (UTC +04:00)

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin 15 nəfərdən ibarət heyəti Portuqaliyada səfərdədir.

Bu barədə APA-ya AzTv-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi CNN kanalının istər texniki, istərsə də yaradıcılıq baxımından yayım təcrübəsini öyrənməkdir.

Heyətə AzTV xəbər komandasının aparıcı, redaktor, montajçı və prodüser heyəti, həmçinin QSC-nin texniki heyəti daxildir.

Səfər 5 gün davam edəcək və bu müddət ərzində AzTV komandası, xüsusən də aparıcılar CNN-in Xəbər studiyasında praktiki çəkilişlərdə iştirak edəcək, texniki avadanlıqları sınaqdan keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR