Bank Of Baku

Bakıda TDT-nin Media və İnformasiya üzrə işçi qrupunun iclası keçirilir - FOTO

Bakıda TDT-nin Media və İnformasiya üzrə işçi qrupunun iclası keçirilir - FOTO
# 27 noyabr 2025 10:06 (UTC +04:00)

Bakıda Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.

APA xəbər verir ki, iclas çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyəti müzakirə olunacaq və sənədin 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.

Bununla yanaşı, TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Həmçinin, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təqdim olunan təkliflər haqqında danışılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR