Bank Of Baku

"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır

"Baku TV"nin direktoru Ramin Cəfərov

© APA | "Baku TV"nin direktoru Ramin Cəfərov

# 16 iyul 2026 19:00 (UTC +04:00)

“Bu gün Qusarda bir araya gəlməyimiz, medianın cəmiyyət qarşısındakı məsuliyyətini və dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi yüksək qiyməti bir daha nümayiş etdirir”.

APA xəbər verir ki, bunu "Baku TV"nin direktoru Ramin Cəfərov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda deyib.

O bildirib ki, Azərbaycanda din və media münasibətlərinin sağlam zəmində qurulmasının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Azərbaycan dünyada unikal bir birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modelidir. Bu, sadəcə dövlət siyasəti deyil, xalqımızın həyat tərzidir.

Mənəvi dəyərlərimizin, milli adət-ənənələrimizin və ölkəmizdəki real tolerantlıq mühitinin həm daxildə, həm də beynəlxalq arenada düzgün təbliği üçün bütün media qurumları səylə çalışmalıdır.

“Baku TV” olaraq biz fəaliyyətimizdə peşəkarlıq, obyektivlik və milli maraqların qorunması prinsiplərini rəhbər tuturuq. Dini mövzuların düzgün, savadlı və manipulyasiyalardan uzaq təqdimatı yayım siyasətimizdə öz əksini tapır.

"Global Media Group"a daxil olan media resursları, o cümlədən “Baku TV” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirləri daima işıqlandırır, media tərəfdaş qismində iştirak edir”, - Ramin Cəfərov qeyd edib.

Onun sözlərinə görə, konfransın gündəliyindəki mövzular – rəqəmsal mediada dini diskurs, informasiya manipulyasiyası və dini savadlılıq bu gün üçün olduqca aktualdır.

Ramin Cəfərov bu müzakirələrin ümumi işə böyük töhfə verəcəyinə inandığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR