Bank Of Baku

Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO

Balaxanı neftçiləri Milli Mətbuatın 151 illiyini təbrik edib - VİDEO
# 22 iyul 2026 20:34 (UTC +04:00)

“Balakhani Operating Company LTD” hasilat şirkəti Azərbaycan Milli Mətbuatının 151 illiyi münasibəti ilə media nümayəndələrinə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Bizim işimiz enerji ilə Vətənimizi işıqlandırmaqdırsa, sizin işiniz sözlə cəmiyyəti aydınlatmaqdır! Həsən bəy Zərdabinin “Əkinçi”si ilə başlayan milli mətbuat ənənələrimizi məsuliyyətlə yaşadan, həqiqətin səsini ucaldan hər birinizə can sağlığı və yeni peşəkar nailiyyətlər arzulayırıq. Milli Mətbuat Gününüz mübarək!”

Hasilat şirkəti sosial media səhifəsində Balaxanı neftçilərinin dəstəyi ilə hazırlanan “Neftlə yazılan mətbuat tariximiz” adlı qısa film yerləşdirib. Filmə "QR kod" vasitəsilə keçid edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR