Həbsdə olan Hilal Məmmədovla bağlı cinayət işinin materialları məhkəməyə göndərilib

Həbsdə olan Hilal Məmmədovla bağlı cinayət işinin materialları məhkəməyə göndərilib
# 22 dekabr 2012 21:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan “Tolişi Sədo” qəzetinin təsisçisi və baş redaktoru Hilal Məmmədovun barəsində olan cinayət işinin materilaları baxılmaq üçün məhkəməyə göndərilib.

Bu barədə APA-ya vəkil Cavad Cavadlı məlumat verib. O, cinayət işinin materiallarının baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini deyib. İşin hansı hakimə veriləcəyi və prosesin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin H. Məmmədovun həbsi ilə bağlı yaydığı məlumatda onun İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək həbs olunduğu, həbs olunan zaman üzərində və yaşadığı mənzildə ümumi çəkisi 33,183 qram olan narkotik vasitə - heroin, həmçinin qanunsuz fəaliyyətində istifadə etdiyi kompüter və digər informasiya daşıyıcıları aşkar edildiyi qeyd olunub.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR