Bakıda keçirilən “Azərbaycan-Türkiyə səhiyyə həftəsi” çərçivəsində 21 cərrahiyyə əməliyyatı keçirilib - FOTO

 Bakıda keçirilən “Azərbaycan-Türkiyə səhiyyə həftəsi” çərçivəsində 21 cərrahiyyə əməliyyatı keçirilib   - <span style="color: red;">FOTO
# 03 dekabr 2012 15:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Bakıda keçirilən “Azərbaycan-Türkiyə səhiyyə həftəsi” çərçivəsində 21 cərrahiyyə əməliyyatı həyata keçirdik. Bu məqsədlə 20-yə yaxın tibbi işçisi ilə Azərbaycana gəlmişik”. Bu barədə Türkiyə Səhiyyə Nazirliyinin müşaviri Kamuran Özden APA-ya açıqlamasında bildirib. Azərbaycan və Türkiyə Səhiyyə nazirliklərinin ikitərəfli əməkdaşlığı çərçivəsində bir həftəyə yaxındır ki, Azərbaycanda olduqlarını deyən K. Özden bildirib ki, əməliyyatlar 3 sahə - ürək-damar cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi və uşaq cərrahiyyəsi sahələri üzrə həyata keçirilib: “Elmi-tədqiqat Cərrahiyə Mərkəzi və Pediatriya İnstitutlarında 2 uşaq və 7 böyük üzərində açıq ürək əməliyyatı və 12 uşaq digər cərrahiyyə əməliyyatı reallaşıb. Həkimlərin bir qismi artıq Türkiyəyə qayıdıb. Digər 5 həkimlə əməliyyat etdiyimiz insanların vəziyyətini izləmək üçün xəstəxanadayıq”.

K. Özden, həmçinin qeyd edib ki, Azərbaycandan tez-tez Türkiyəyə təkmilləşmə kurslarında iştirak etmək üçün tibb işçiləri gedir. Onun sözlərinə görə, 2011-ci ildə 350 həkim, tibbi bacısı Türkiyədə təkmilləşmədən keçib və bu proses 2012-ci ildə də davam edib: “Çox sevindirici haldır ki, əməliyyatlarda iştirak etmiş tibb işçilərinin əksəriyyəti Türkiyədə təhsil almış şəxslərdir”.

O bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin təcrübə bölüşmək, birgə əməliyyatlar təşkil etmək olduğunu qeyd edib. Müşavir səhiyyə həftələrinin yaxın aylarda Azərbaycanın rayonlarında davam edəcəyini vurğulayıb.

Xatırladaq ki, Türkiyə Səhiyyə Nazirliyinin müşaviri Kamuran Özden bu gün Azərbaycan səhiyyə naziri tərəfindən səhiyyə sahəsində əməkdaşlıq əlaqələrində müstəsna xidmətinə görə Fəxri Fərmanla mükafatlandırılıb. Bunun üçün səhiyyə nazirinə təşəkkürünü çatdıran müşavir Azərbaycanı çox sevdiyini və özünü burada öz vətənindəki kimi hiss etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR