Şirvanda ana və oğul boğulub

Şirvanda ana və oğul boğulub
# 11 noyabr 2012 07:34 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində qaz sızmasından ana və oğul boğularaq ölüb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsinin verdiyi məlumata görə, ötən gecə saat 4.30 radələrində Şirvan şəhəri H.Əliyev küçəsi, 2a, mənzil 41 ünvanında yaşayan, 1965-ci il təvəllüdlü Caniyeva Zülfiyyə Viktor qızı və onun oğlu, 1995-ci il təvəllüdlü Salmanov Həsən Ramiz oğlu qaz sızmasından boğularaq ölüblər.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR