Xosep Qvardiola “Mançester Siti” ilə ilkin müqavilə imzalayıb

Xosep Qvardiola “Mançester Siti” ilə ilkin müqavilə imzalayıb
# 30 noyabr 2012 13:32 (UTC +04:00)

Bakı-APA. “Qvardiola “Mançester Siti” ilə ilkin müqavilə bağlayıb”. Apasport.az saytının məlumatına görə, bunu “Barselona”nın sabiq baş məşqçisi Xosep Qvardiolanın meneceri Franko Kollardo deyib.


FİFA menecerinin sözlərinə görə, 41 yaşlı Qvardiola artıq tezliklə “Mançester Siti”nin “sükanı arxası”nda olacaq: “O, bu komandanın yeni baş məşqçisi olacaq. Bu üzdən artıq Qvardiolaya “Milan”ın və ya hər hansı bir başqa klubun təklif göndərməsi önəmli deyil”.

Kollardo “Barselona”nın və İspaniya yığmasının qapıçısı Viktor Valdesin də “Mançester Siti”yə gətirilməsi üçün lazım olan hər şeyin ediləcəyini bildirib.

Qeyd edək ki, son İngiltərə çempionu olan Mançester təmsilçisini hazırda Roberto Mançini çalışdırır. Ancaq komandasının Çempionlar Liqasının qrup mərhələsində növbəti mərhələyə çıxmaq şanslarını itirməsi italyalı məşqçinin istefasını gündəmə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR