Səfər Əbiyev Polşa Senatının Hərbi Komitəsinin sədrini qəbul edib

Səfər Əbiyev Polşa Senatının Hərbi Komitəsinin sədrini qəbul edib
# 19 dekabr 2012 12:56 (UTC +04:00)

Bakı-APA. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Senatının Hərbi Komitəsinin sədri Boqdan Klixi qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı hərbi əməkdaşlıq məsələlərinin perspektivləri, bölgədə hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə maneçilik törədən amillər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Labenda iştirak edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR