Bakıda daha bir obyektdə dönər satışı qadağan edilib - FOTOSESSİYA

Bakıda daha bir obyektdə dönər satışı qadağan edilib   - <span style="color: red;">FOTOSESSİYA
# 30 noyabr 2012 11:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda fiziki şəxs Halil Karibə məxsus müəssisədə çiy dönər və dönər-kabab məhsullarının istehsalı və satışı qadağan edilib.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi,225 ünvanında fəaliyyət göstərən fiziki şəxs H.Karibə məxsus müəssisədə dönər-kababın istehsalı və satışına dövlət nəzarəti həyata keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, dönər-kababın istehsalında istifadə olunan çiy dönər müəssisənin özü tərəfindən, zirzəmi şəraitində hazırlanır: «İstehsal olunan çiy dönərin uyğunluq və gigiyenik sertifikatları yoxdur, müvafiq qaydada təsdiq edilmiş, bu məhsulun orqonoleptik, fiziki-kimyəvi göstəriciləri, qida və enerji dəyəri barədə məlumatları özündə əks etdirən reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Hər bir porsiyada ətin ümumi kütləsi resepturaya əsasən (qarnirlə ən azı 50%, qarnirsiz reseptura üzrə +/-10%) müəyyən olunmalı halda, dönər satışı zamanı buna riayət olunmur, porsiyalar gözəyarı hazırlanır. Həmçinin, çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi yoxdur, məhsul zirzəmidə sanitar norma və qaydaların tələblərinə cavab verməyən şəraitdə hazırlanır, hazırlanma kortəbii olaraq, texnoloji prosesi əks etdirən texnoloji təlimat olmadan həyata keçirilir. Çalışan personal zəruri vasitələrlə - uniforma, əlcəklər, papaqlar - təmin olunmayıb. Hazırlanan dönər-kababın təhlükəsizlik göstəricilərinə nəzarət edilmir və yoxlanılmır».

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilib, müəssisə cərimə olunub və aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisədə çiy dönər və dönər-kabab istehsalı və satışı qadağan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR