AMEA Dilçilik İnstitutunda struktur dəyişikləri aparılacaq

AMEA Dilçilik İnstitutunda struktur dəyişikləri aparılacaq
# 19 dekabr 2012 13:08 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda struktur dəyişikləri aparılacaq. Bu barədə APA-ya İnstitutun direktoru Fəxrəddin Veysəlli bildirib.

Onun sözlərinə görə, Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının hazırlanması ilə əlaqədar institutda yeni qurumlar yaranacaq: “İnstitutda “Azərbaycan dili və cəmiyyət” Monitorinq Qrupu yaradılacaq. Qrup cəmiyyətdə baş verən dil yeniliklərinə nəzarət funksiyasını yerinə yetirəcək. Əvvəllər İnstitutda “Nəzəri və tətbiqi dilçilik” şöbəsi vardı. İndi ayrıca “Tətbiqi dilçilik” şöbəsinin yaradılması nəzərdə tutulur. Məqsəd dilin tətbiqi məsələlərinin, internet məkanında və cəmiyyətdə işlənməsinin vəziyyətini daha dərindən təhlil etməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR