Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlanıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri bıçaqlanıb
# 14 dekabr 2012 07:41 (UTC +04:00)

APA-nın Cənub bürosunun xəbərinə görə, hadisə gecə saat 1 radələrində baş verib. Şöbə müdiri, 1953-cü il təvəllüdlü Ramiz Musarza oğlu Əzimova Vilvan kəndində yaşadığı evin həyətində naməlum şəxs tərəfindən 3 bıçaq zərbəsi vurulub.

Lənkəran Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində yerləşdirilən R.Əzimovun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR