Bank Of Baku

D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb

“Media Mükəmməllik Şəbəkəsi”nin baş direktoru Fuad Mərdiyev

© APA | “Media Mükəmməllik Şəbəkəsi”nin baş direktoru Fuad Mərdiyev

# 13 iyul 2026 18:46 (UTC +04:00)

Bakı Bəyannaməsinə uyğun olaraq D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Media Mükəmməllik Şəbəkəsi”nin baş direktoru Fuad Mərdiyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı deyib.

O bildirib ki, media ekosistemi hazırda köklü transformasiya mərhələsindən keçir və bu proses yeni çağırışlar yaradır.

Fuad Mərdiyevin sözlərinə görə, texnologiyanın sürətli inkişafı media mühitini əsaslı şəkildə dəyişdirir, cəmiyyətlər isə dezinformasiya və manipulyativ məzmun kimi mürəkkəb çağırışlarla üzləşir.

"Dezinformasiya və manipulyativ məzmundan istifadə ictimai etimada ciddi zərbə vurur. Bu səbəbdən media ekosisteminin dayanıqlılığını gücləndirmək, yeni strategiyalar hazırlamaq və bütün tərəflərin birgə fəaliyyət göstərməsi vacibdir", –Fuad Mərdiyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR