Azərbaycan musiqiçiləri İtaliyada Xalq Poeziyası Festivalında çıxış ediblər - FOTO

Azərbaycan musiqiçiləri İtaliyada Xalq Poeziyası Festivalında çıxış ediblər  - <span style="color: red;">FOTO
# 12 noyabr 2012 15:45 (UTC +04:00)

Bakı-APA. İtaliyanın şimal-qərb hissəsində yerləşən Piyemonte regionunun Verçelli şəhərində, şəhər meriyasının təşəbbüsü ilə təşkil edilən Xalq Poeziyası Festivalı çərçivəsində Xəzər Universitetinin dəstəyi və Azərbaycanın İtaliyadakı səfirliyinin köməyi ilə Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın muğam kafedrasının müdiri, professor Arif Babayev, musiqiçilər Mirnazim Əsədullayev və Ramin Sultanov “Muğam-Azərbaycan Xalq Poeziya Musiqisi” adlı konsert proqramı ilə çıxış ediblər.

Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin nümayəndəsinin çıxışı ilə başlayıb. O, öz çıxışında o, ölkələrimiz arasında tarixi, siyasi, iqtisadi və mədəni əlaqələr barəsində geniş məlumat verib. Daha sonra Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı konsertə gələn qonaqlara muğam barəsində geniş məlumat verib.

Konsertdə Verçelli şəhərinin mədəniyyət və incəsənət xadimləri, iş adamları, yerli kütləvi informasiya vasitələri, akademik dairələrin və Verçelli şəhər meriyasının nümayəndələri iştirak ediblər. Konsertdə səslənmiş musiqi proqramı qonaqların böyük marağına səbəb olub.

Həmin gün Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Verçelli şəhərinin meri Andrea Korsaro ilə görüşüb və Azərbaycanın regionları səviyyəsində Verçelli şəhəri ilə qurula biləcək əməkdaşlığın perspektivləri barəsində müzakirə aparıb. Görüşdə iştirak edən professor Hamlet İsaxanlı Verçelli şəhərində 1228-ci ildə təsis edilmiş Şərq Piyemonte Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlığın genişlənməsi barəsində fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR