Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

  Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 11:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda V beynəlxalq konfrans keçirilir. APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, konfransda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi mövzularında məruzələr dinləniləcək. Üç gün davam edəcək konfransda müxtəlif ölkələrdən 16-ya yaxın alim iştirak edir.

Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə bildirib ki, Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə elmi-texniki işlər 1969-cu ildən başlayıb. 2001-ci ildən isə Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) üzvüdür: “Son illər ölkə böyük iqtisadi yüksəlişlər dövrü yaşayır. Hazırda Azərbaycanla AEBA arasında çox sıx əlaqələr mövcuddur. Azərbaycanda həyata keçirilən layihələr nəticəsində yod zavodlarının radioaktiv çirklənmiş əraziləri demək olar ki, təmizlənib. AEBA ilə birlikdə həyata keçirilən layihə nəticəsində Onkologiya Mərkəzində tibbdə nüvə texnologiyalarından geniş istifadə edilir. Ümid edirəm ki, keçirilən konfrans nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə həyata keçirilən işlərə töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR