Türkiyənin Ali Təhsil Şurasının sədri və təhsil naziri Azərbaycana səfər edəcək

Türkiyənin Ali Təhsil Şurasının sədri və təhsil naziri Azərbaycana səfər edəcək
# 20 dekabr 2012 14:11 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, yaxın aylarda Türkiyənin təhsil naziri Ömer Dinçerin də Azərbaycana səfəri gözlənilir. Nazirin sözlərinə görə, bu səfər çərçivəsində qonaqların Azərbaycanın Təhsil Nazirliyi, o cümlədən bir sıra qurumlarda görüşlər keçiriləcək. Bu görüşlərdə Türkiyə və Azərbaycan arasında olan əlaqələri daha da genişləndirmək və mövcud əməkdaşlığı daha yüksək keyfiyyət səviyyəsinə çatdırılmaq istiqamətində işlər aparılacaq.

M. Mərdanov əlavə edib ki, yaxın zamanlarda Azərbaycan Təhsil Nazirliyinin dəvəti ilə İsveçrənin təhsil naziri ölkəmizə səfər edəcək: “Onun gəlişinə kimi hər hansı bir sənədin imzalanması istiqamətində iş görülə bilər.Bu gün İsveçrədə təkcə dövlət proqramı ilə 100-dən çox azərbaycanlı təhsil alır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR