Bank Of Baku

Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB - FOTO

Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB  - FOTO
# 22 avqust 2026 14:36 (UTC +04:00)

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

APA xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, ictimaiyyət nümayəndələri, tanınmış şəxslər və jurnalistlər iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycan mətbuatı parlaq imzalarından biri ilə vidalaşır:

“Nurani Azərbaycanın haqq səsi idi. Analitika sahəsində xanım imzalarına nadir hallarda rast gəlinir. Nurani məhz o imzalardan biri idi”.

“Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Nurani haqqında xatirələrini bölüşüblər. Rauf Arifoğlu Nuraninin müalicə xərclərini qarşıladığına görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Vida mərasiminin ardınca Əməkdar jurnalist Tofiqəxanım Qasımova Yasamal qəbiristanlığında dəfn edilib.

***

10:05

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib.

Bu barədə APA-ya “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.

O bildirib ki, vida mərasimi bu gün 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Nuraninin nəşi 13:00-da "Yasamal" qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Nurani 1992-ci ildən fəaliyyətə başlayaraq "Yurddaş", "Ayna"-"Zerkalo" nəşrlərində çalışıb, "Exo" qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə "Minval Politika" xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR