İsmət Abasov Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

İsmət Abasov Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb
# 11 dekabr 2012 16:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhəd bin Əli əl-Dosəri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə məqsəd hər iki ölkə arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin və perspektivlərinin müzakirəsi olub.

Nazir İsmət Abasov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsini daha da məqsədəuyğun hesab edib. Nazir bir sıra təklifləri qonağın nəzərinə çatdırıb.

Görüş zamanı Azərbaycanda iri südçülük təsərrüfatlarının yaradılmasına Səudiyyə Ərəbistanın iş adamlarının investisiya qoyuluşu imkanları müzakirə olunub. Səfir bu istiqamətdə artıq müəyyən əlaqələrin yarandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR