Hicran Hüseynova: “Qadınların bir çoxu öz hüquqlarını bilmədiyindən zorakılıqlara məruz qalırlar”

Hicran Hüseynova: “Qadınların bir çoxu öz hüquqlarını bilmədiyindən zorakılıqlara məruz qalırlar”
# 30 noyabr 2012 14:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Qadınlara qarşı zorakılıq ilk növbədə ondan irəli gəlir ki, onların bir çoxu öz hüquqlarını bilmirlər”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadınlara qarşı zorakılığa “YOX” deyək” layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxışında deyib. Komitə sədri bildirib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir və bu problem Azərbaycan cəmiyyətini də ciddi narahat edir: “Zorakılıq insan hüquq və azadlıqlarından istifadə edilməsinə, bərabərlik və inkişaf məqsədlərinə ciddi maneçilik törədir. Onun səbəblərinə yoxsulluq, qadının maddi və psixoloji asılılığı, ailə mədəniyyətinin aşağı səviyyədə olması, erkən nikahlar, qadınların öz hüquqlarını bilməməsi və digər amillər daxildir. Qadınların bir çoxu dövlətin verdiyi imkanlardan istifadə etməyi də bacarmır. Lakin qadınlar bilməlidirlər ki, onların arxasında güclü dövlət siyasəti dayanır, dövlətin ali qanunları qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Cəmiyyət hər zaman zorakılıq hallarına adekvat reaksiya verməlidir. Yalnız birgə səylər nəticəsində əməli nəticələr əldə etmək mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR